Telefonuna yüklədiyi casus proqram ilə xəyanəti öyrəndi: 4-cü əri idi... – FOTO

Hazırda oxunan: Telefonuna yüklədiyi casus proqram ilə xəyanəti öyrəndi: 4-cü əri idi... – FOTO

235994

Türkiyənin mərhum müğənnisi Kayahanın qızı Beste Açar 2022-ci ildə evləndiyi həyat yoldaşı Evren Bölekdən boşanmaq istəyir.

Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, Beste Açar əri Evren Bölekdən xəyanət səbəbindən ayrılır.

Açar həyat yoldaşının telefonuna casus proqram yükləyib və onun başqa qadınla münasibətini öyrənib. Bu hadisədən sonra boşanmaq üçün məhkəməyə müraciət etsə də, həmin proqram vasitəsilə əldə etdiyi məlumatların hüquqi dəlil kimi qəbul olunmayacağını anlayıb.

İddialara görə, Bölek bu vəziyyətdən sonra evi tərk edərək Urfa şəhərinə gedib. Oradakı ortaq tanışları isə onun hələ də Açarı unutmadığını və boşanmaq istəmədiyini bildirərək cütlüyü barışdırmağa çalışıb.

Beste Açar və Evren Bölek bu ay İstanbul məhkəməsində qarşılaşacaq.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin