Putin-Tramp görüşünün vaxtı ilə bağlı Kremldən AÇIQLAMA

Hazırda oxunan: Putin-Tramp görüşünün vaxtı ilə bağlı Kremldən AÇIQLAMA

235852

“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü ilə bağlı hələlik konkret məlumat yoxdur. Lakin görüşə hazırlıq gedir”. 

Bizim.Media “qazeta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
 

“Putin və Trampın görüşü ilə bağlı hələlik heç bir konkret məlumat yoxdur. Rusiya və Amerika nümayəndə heyətlərinin görüşü zamanı bildirilən bu görüşün zəruriliyi ilə bağlı anlayış var. Hər iki prezidentin istəyi var. Eyni zamanda, onların bu görüşü yaxşı hazırlamaq niyyəti var ki, müzakirələr mümkün qədər məhsuldar olsun. Hazırlıq zamanı bütün nüanslar müzakirə olunacaq", - Kreml nümayəndəsi bildirib.


Xatırladaq ki, Fevralın 18-də isə Səudiyyə Ərəbistanının paytaxtında Amerika və Rusiya nümayəndə heyətləri arasında danışıqları baş tutub.

Görüşdə iştirak edən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqların uğurlu keçdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin