Rusiya bu tarixdə qələbəsini ELAN EDƏCƏK - VİDEO

Hazırda oxunan: Rusiya bu tarixdə qələbəsini ELAN EDƏCƏK - VİDEO

235835

“Rusiya 2025-ci il fevralın 24-nə, tammiqyaslı müharibənin başlanmasının üçüncü ildönümünə qədər Ukraynaya qarşı müharibədə “qələbə” elan etməyə hazırlaşır. Üstəlik, qeyd olunan planlar arasında “Rusiyanın NATO üzərində qələbəsi” söhbəti də ola bilər, çünki Rusiya təbliğatı Ukraynanın işğalını alyansla müharibə kimi təqdim edir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.

Bildirilir ki, Rusiya kəşfiyyat xidmətlərinə Moskvanı mümkün qədər “münaqişənin konstruktiv tərəfi” kimi təqdim etmək tapşırılıb: 

“Guya Moskva ABŞ-ın yeni administrasiyası ilə təmaslardan, xüsusən də ABŞ və Rusiya nümayəndə heyətlərinin 18 fevral 2025-ci ildə Səudiyyə Ərəbistanında keçirilən ikitərəfli görüşündən sonra sülh yolu ilə nizamlanmaya hazırdır”.
 

Ukrayna kəşfiyyatı iddia edir ki, bu kampaniya çərçivəsində Rusiya xüsusi xidmət orqanları Ukraynanın Aİ-dəki tərəfdaşlarına informasiya hücumu həyata keçirir və onları “sülh düşməni” adlandırır.


Qeyd edək ki, Ukraynada müharibə 2022-ci il fevralın 24-də Rusiyanın hücumu ilə başlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin