“Ukrayna ABŞ prezident Donald Trampla investisiya və təhlükəsizlik üzrə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşün yekunlarına dair açıqlamasında deyib.
“Yaxşı söhbətimiz oldu. Bir çox məsələlərin təfərrüatları haqda danışdıq... Biz döyüş meydanındakı vəziyyəti və bütün əsirlərimizi necə geri qaytarmağı, eləcə də effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik. Bu müharibənin elə ilk saniyəsindən Ukrayna sülhə can atır və biz sülhü etibarlı və davamlı edə bilərik. Elə etməliyik ki, Rusiya bir daha müharibəyə qayıtmasın”, - deyə Zelenski bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna Amerika Birləşmiş Ştatlarının prezidenti ilə investisiya və təhlükəsizlik üzrə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır: “Müsbət nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etdik. Komandamız 24/7 işləməyə hazırdır”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:15 / 20.02.2025
Zelenski: “Elə etməliyik ki, Rusiya bir daha müharibəyə qayıtmasın”
Hazırda oxunan: Zelenski: “Elə etməliyik ki, Rusiya bir daha müharibəyə qayıtmasın”
Hazırda oxunan: Zelenski: “Elə etməliyik ki, Rusiya bir daha müharibəyə qayıtmasın”
235754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.