İrəvan müharibə HAZIRLIĞINDA - Hindistan Ermənistana bu silahları GÖNDƏRİR

Hazırda oxunan: İrəvan müharibə HAZIRLIĞINDA - Hindistan Ermənistana bu silahları GÖNDƏRİR

235700

Ermənistan Azərbaycanla 44 günlük müharibə nəticəsində itirdiyi hərbi-texniki potensialı bərpa etmək cəhdi ilə son illər Fransa və Hindistandan silah almağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə fevralın 20-də Türkiyənin “Star” qəzeti yazıb.

Mənbə qeyd edir ki, İrəvan ABŞ, Yunanıstan, yunan Kipri və Çinlə də hərbi sahədə əlaqələr qurub.

Qəzet xatırladır ki, təxminən 2 milyard dollarlıq ilk böyük müqavilə 2020-ci ildə Ermənistan və Hindistan arasında imzalanıb:

“Ermənistan 2024-2025-ci illər üçün Hindistandan daha 600 milyon dollar məbləğində silah almağı öhdəsinə götürüb. İrəvan artilleriya sistemlərinə və hava hücumundan müdafiəyə üstünlük verir”.

“Star” Hindistanın “Zen Anti-Drone System” (ZADS) şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatları əleyhinə sistemlərin Ermənistana tədarükü üçün 41 milyon dollarlıq sifariş barədə də məlumat yayıb.

Bundan başqa, İrəvanda Hindistanın “Hindustan Aeronautics Limited” şirkəti vasitəsilə dörd “Su-30 SM” təyyarəsinin təkmilləşdirilməsi məsələsi də müzakirə olunur. “Star” yazır ki, bu məsələ ilə bağlı danışıqların birinci mərhələsi ötən ilin sonunda baş tutub.

“Nəticədə Hindistan Ermənistana əsas silah tədarükçüləri siyahısında Rusiyanı əvəz etməyə başlayıb və İrəvan bu Cənubi Asiya ölkəsindən silah idxal edənlər arasında lider mövqe tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin