Bu şəxslərə avtomobil sürmək QADAĞAN EDİLİR

Hazırda oxunan: Bu şəxslərə avtomobil sürmək QADAĞAN EDİLİR

235652

Statistikaya əsasən hər il dünyada 1,2 milyon insan yol qəzalarında həyatını itirir. Avropa bu dəhşətli vəziyyəti dəyişmək üçün tədbirləri sərtləşdirir.

Bizim.Media publika.az-a istinadən xəbər verir ki, Avropa İttifaqı sürücülərin təhlükəsizliyini artırmaq və yol qəzalarını azaltmaq məqsədi ilə tarixi bir tənzimləmə imzalayır.

İlk dəfə həyata keçiriləcək bu tənzimləmə ilə yaşı 75-dən yuxarı olan sürücülər tibbi rəyi olsa belə, avtomobil idarə edə bilməyəcək. Qərarın səbəbi reflekslərin itirilməsi və yaşla əlaqədar diqqətin yayınması səbəbindən yol hərəkəti riskinin artmasıdır.

Yuxarı yaş həddi qərarı ictimaiyyətdə müzakirələrə səbəb olub. Qərarın əleyhdarları bunun yaşlı şəxslərin azadlığını məhdudlaşdıran ədalətsiz bir təcrübə olduğunu iddia edirlər.

Qərarın xüsusilə gündəlik işlərinin öhdəsindən şəxsi avtomobilləri ilə gəlməli olan yaşlılar üçün ciddi problemlər yaradacağı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin