HƏMAS Qəzza zolağında ölən girovların meyitlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, HƏMAS İsraillə mübadilə müqaviləsinin bir hissəsi olaraq öldürülən dörd girov – Şiri Bibas, Ariel Bibas, Kfir Bibas və Oded Lifşitsin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Proses Qəzza zolağının cənubunda Xan Yunisdə baş tutub.
HƏMAS bildirib ki, 7 oktyabr hücumunda girov götürülən bu şəxslərin hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub.
Fevralın 22-də son razılaşmalar çərçivəsində 6 sağ girovun azad edilməsi gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:06 / 20.02.2025
HƏMAS Qəzza zolağında ölən 4 girovun meyitini təhvil verdi
Hazırda oxunan: HƏMAS Qəzza zolağında ölən 4 girovun meyitini təhvil verdi
Hazırda oxunan: HƏMAS Qəzza zolağında ölən 4 girovun meyitini təhvil verdi
235648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.