Mask Zelenskini amerikalı jurnalisti öldürməkdə İTTİHAM ETDİ - FOTO

Hazırda oxunan: Mask Zelenskini amerikalı jurnalisti öldürməkdə İTTİHAM ETDİ - FOTO

235635

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, iş adamı İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskini amerikalı jurnalist Qonzalo Liranı qətlə yetirməkdə ittiham edib.

Bizim.Media xəbər verir ki, bu barədə Mask “X “sosial şəbəkəsində yazıb.

O, Liranın 2023-cü ilin 31 iyul tarixində “X”də olan postunu paylaşan digər sosial şəbəkə istifadəçisinin paylaşımına cavab verib.

"Zelenski amerikalı jurnalisti öldürdü!" – deyə Mask paylaşımda bildirib.

Mesajda jurnalist Ukraynadan çıxmağa çalışacağını və Macarıstandan siyasi sığınacaq tələb edəcəyini bildirib. Lira xəbərdarlıq edib ki, Kiyev rejimi onun yoxa çıxması üçün səy göstərə bilər.

Qeyd edək ki, Lira Ukrayna prezidenti Volodimir Zelenski və Amerika lideri Co Bayden hakimiyyətini tənqid etdiyinə görə saxlanılıb və Xarkov şəhərindəki istintaq təcridxanasında 55 yaşında dünyasını dəyişib. 2023-cü ilin may ayından jurnalist ev dustaqlığında idi, lakin Ukraynanı tərk edərək Macarıstana getməyə cəhd etdikdən sonra o, nəzarətə götürülüb.

2024-cü il yanvarın 13-də ABŞ Dövlət Departamenti amerikalı jurnalist Liranın ölümünü təsdiqləyib. Yanvarın 12-də keçmiş “Fox News” telekanalının aparıcısı Taker Karlson onun Ukrayna həbsxanasında öldüyü barədə məlumat yayıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin