Dünən səhər saatlarından başlayaraq Türkiyənin bir çox bölgələrində yağan güclü qar səbəbindən ölkənin 35 vilayətində təhsil dayandırılıb.
Bizim.Media xəbər verir ki, İstanbul hava limanı başda olmaqla, bir çox aeroportda ölkədaxili və xarici təyyarə səfərləri təxirə salınıb. Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb. Dünən axşam saatlarında İstanbulun avtomobil yollarında tıxacın səviyyəsi 90 faizə çatıb.
Hazırda ölkə üzrə əlverişsiz hava şəraiti davam edir. Hidrometeoroloqlar yağıntılı havanın bu həftə ərzində davam edəcəyini proqnozlaşdırırlar.
İstanbul valisi Davut Gül bu gün dövlət müəssisələrində işləyən əlilliyi olan şəxslər, səkkiz yaşından aşağı uşağı olan və hamilə qadınlar üçün də bir günlük tətil elan edildiyini bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:20 / 20.02.2025
Türkiyənin 35 vilayətində təhsil dayandırıldı - SƏBƏB
Hazırda oxunan: Türkiyənin 35 vilayətində təhsil dayandırıldı - SƏBƏB
Hazırda oxunan: Türkiyənin 35 vilayətində təhsil dayandırıldı - SƏBƏB
235634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.