Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bir saat əvvəl ona Rusiya Silahlı Qüvvələrinin əsgərlərinin Kursk vilayətində Ukrayna ilə sərhədi keçməsi barədə məruzə edilib”.
Bizim.Media xəbər verir ki, bu barədə Putin Sankt Peterburqda jurnalistlərin suallarını cavablandırarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Tramp Putinlə danışıqlarda ilk bunu istəyəcək – ABŞ liderinin təcili görüş istəyinin PƏRDƏARXASI
“Cəmi bir saat əvvəl mənə verilən son məlumat odur ki, bu gecə 810-cu briqadanın əsgərləri Rusiya Federasiyası və Ukrayna sərhədini keçərək düşmən ərazisinə daxil olublar”, - Putin qeyd edib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri müstəqil olaraq Krasnodar diyarında CPC obyektinə zərbə təşkil edə bilməzdi:
“Kiyev kosmik kəşfiyyat məlumatlarını yalnız Qərb ölkələrindən alır”.
Bizim.Media