“Mən Ukrayna prezidenti kimi Rusiyanın heç bir ultimatumunu qəbul etmək fikrində deyiləm”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Ər-Riyad görüşü başa çatdı: ABŞ-Rusiya bu məsələlərdə RAZILAŞDI
“İndi bəzi danışıqlar gedir və onlar eyni əhval-ruhiyyə ilə davam edir. Lakin danışıqlar Rusiya nümayəndələri ilə ABŞ nümayəndələri arasında baş verir. Ukrayna haqqında danışıqlar. Bəli, məhz Ukrayna haqqında və Ukraynanın iştirakı olmadan danışıqlar gedir. Maraqlıdır, biz ən çətin anda belə bütün bu ultimatumlarla razılaşmadıq. Bəs Ukraynanın indi buna razı olacağı hissi haradan gəlir?!”, - deyə Ukrayna lideri bildirib.
O əlavə edib ki, Kiyev bölgəsinin Rusiya tərəfindən işğalı zamanı ruslarla heç bir razılaşması olmayıb:
“Belarusdakı görüşdə də, Türkiyədəki görüşdə də bizim onlarla heç bir razılaşmamız olmayıb. Ümumiyyətlə, mən Ukrayna Prezidenti kimi heç kimə heç nə zəmanət verməmişəm, heç kimə heç nə təsdiq etməmişəm. Üstəlik, mənim Rusiyanın ultimatumlarına əməl etmək fikrim yox idi. Mən güzəştə getməyəcəm”.
Bizim.Media