Ərdoğan: “Türkiyə Rusiya-Ukrayna-ABŞ danışıqları üçün ideal ev sahibi olacaq"

Hazırda oxunan: Ərdoğan: “Türkiyə Rusiya-Ukrayna-ABŞ danışıqları üçün ideal ev sahibi olacaq"

235382

“Zelenskiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyimizi çatdırdım, danışıqlar prosesinin davamlı sülhlə başa çatması üçün hər cür dəstəyi verəcəyimizi vurğuladım”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
 

“Səmimi qəlbdən inanıram ki, Ukraynada sülhün bərqərar olması ilə münasibətlərimiz daha da yüksək səviyyələrə qalxacaq. İkitərəfli ticarətimiz üçün qarşıya qoyduğumuz 10 milyard dollarlıq hədəfə doğru irəliləyəcəyik.


Böyük dağıntılara səbəb olan Rusiya-Ukrayna müharibəsi bitməlidir. Ölkəmiz qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında baş tutması gözlənilən danışıqlar üçün ideal ev sahibi olacaq", - Ərdoğan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin