"TikTok" fenomeni dəhşətli qəzada həyatını itirdi – FOTO/VİDEO

Hazırda oxunan: "TikTok" fenomeni dəhşətli qəzada həyatını itirdi – FOTO/VİDEO

235364

Türkiyənin Manisa şəhərinin Kırkağaç rayonunda baş verən yol qəzasında iki nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, dəhşətli qəzada həyatını itirən şəxslərdən birinin 24 yaşlı "TikTok" fenomeni Gizem Özmen olduğu məlum olub.

İzmir-İstanbul avtomagistralının Kırkağaç hissəsində bir avtomobil yolun təhlükəsizlik zolağında park edilmiş yanacaq tankerinə çırpılıb. Hadisə yerinə polis, səhiyyə və yanğınsöndürmə qrupları cəlb olunub. Gizem Özmen və adı açıqlanmayan sürücü hadisə yerində həyatını itiriblər. Qəza sonrası tanker sürücüsü nəzarətə götürülüb.

Qeyd edək ki, türkiyəli fenomen Gizem Özmenin "Instagram"da 22 min, "TikTok"da isə 155 min izləyicisi var idi. O, "TikTok" platformasında "Lavinia Özmen" adı ilə tanınırdı.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin