Stefanişina: “ABŞ-la təbii sərvətlərə dair sazişin imzalanması müzakirə olunur” – VİDEO

Hazırda oxunan: Stefanişina: “ABŞ-la təbii sərvətlərə dair sazişin imzalanması müzakirə olunur” – VİDEO

235349

“Ukrayna nadir təbii sərvətlərlə bağlı ABŞ-ın təklif etdiyi sazişi rədd etməyib və bu barədə müqavilənin imzalanması müzakirə olunur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna baş nazirinin müavini Olqa Stefanişina ABŞ-la nadir torpaq ehtiyatlarına dair mümkün razılaşmanı şərh edərkən deyib.

"Ukrayna faydalı qazıntılar haqqında müqavilədən imtina etməyib. Müqavilə müzakirə olunur və biz onun imzalanacağını gözləyirik" – deyə o bildirib.

Xatırladaq ki, fevralın 3-də ABŞ Prezidenti Donald Tramp yardım müqabilində Ukraynadan yeraltı sərvətlər istədiyini açıqlamışdı. O bildirib ki, ABŞ nadir torpaq metallarının tədarükü müqabilində Ukraynaya yardımı davam etdirəcək.

Ağ Ev rəhbərinin sözlərinə görə, o, bununla Vaşinqtondan Kiyevə verilən təxmini 300 milyard dollarlıq dəstəyi Ukraynanın “kompensasiya” etməsini istəyir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin