Qərb sülhdən danışır, Zelenski Türkiyəyə ÜZ TUTUR – Gözlənilməz səfərin PƏRDƏARXASI

Hazırda oxunan: Qərb sülhdən danışır, Zelenski Türkiyəyə ÜZ TUTUR – Gözlənilməz səfərin PƏRDƏARXASI

235325

“Təbii ki, ABŞ və Rusiya Ukrayna məsələsində razılığa gəliblər. Amma bu razılaşma hər iki ölkəni sevindirə bilər. Amma mütləq şəkildə xoşbəxt olmayacaq ölkə Ukrayna olacaq”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında  Türkiyə ordusunun ehtiyatda olan generalı, hərbi ekspert Yücel Karauz deyib.

Zelenskidən Qərbə mesaj

Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə rəsmi səfərini, Ərdoğanla aparılacaq müzakirələri şərh edən general, Ukrayna liderinin Türkiyə səfəri ilə Qərbə mesaj verdiyini bildirib:

“Ukrayna elə bir vəziyyətdə olacaq ki, heç nə əldə etmədən müəyyən torpaqlardan və hüquqlardan məhrum qalacaq. Hazırda dünyada həm Amerika, həm də Rusiya ilə danışa bilən, öz maraqlarını ifadə edə bilən, beynəlxalq hüququn tələblərini ifadə edə bilən ölkə Türkiyə və Türkiyə Respublikasının hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğandır. Ona görə də Zelenski Türkiyə vasitəsilə həm Amerikaya, həm də Rusiyaya mesaj verməyi seçdi”.

General əlavə edib ki, Türkiyə Ukraynanın istəklərini həm Rusiyaya, həm də Qərbə çatdıracaq:

“Müharibə başlayandan bəri Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyıb. Elə Rusiya ilə həqiqi sülhü istəyən tək ölkə də Türkiyədir. Türkiyə Ukraynanın daha çox torpaq itirmədən,daha da zərərə uğramadan tələb etdiyi istəklərini lazımı yerlərə çatdıracaq. Bildirmək istərdim ki, ən qısa zamanda atəşkəs olacaq. Çünki atəşkəs hamıya lazımdır. Sülh prosesi bir qədər çəkə bilər, amma sonda razılaşacaqlar. Başqa şans yoxdur”, - deyə Y.Karauz bildirib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin