Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən Rusiya-ABŞ danışıqları başa çatıb.
Bizim.Media xəbər verir ki, danışıqlar 15 dəqiqəlik fasilə və lanç fasiləsi daxil olmaqla 4,5 saat davam edib.
Danışıqlardan sonra Rusiya nümayəndə heyətinin üzvü, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistərə açıqlamasında bildirib ki, ABŞ tərəfi ilə dialoq pis keçməyib.
Qeyd edək ki, Ər-Riyadakı görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edirlər. ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff daxildir.
***11:47
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş başlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova öz teleqram kanalında məlumat yayıb.
Görüşdən videoa yayımlayan Zaxarova Rusiya nümayəndə heyətinin Ər-Riyada gəldiyini bildirib.
Qeyd edək ki, Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edir. Nümayəndə heyəti ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar keçirəcək.
Rusiya mediası yazır ki, iki ölkə diplomatları arasında görüşü Ukrayna ilə bağlı birbaşa sülh danışıqları adlandırmaq olmaz. Qeyd olunub ki, bu danışıqların mahiyyəti Ukraynada nizamlanma ilə bağlı ABŞ-Rusiya dialoquna və münasibətlərin yenidən başladılmasına necə başlamağın mümkün olduğunu müzakirə etmək, eləcə də Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Donald Tramp arasında mümkün görüşə ilkin addımlar atmaqdır.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/18/1739864966_5305622609293078145.jpg)
- A-
- A
- A+
Dünya
16:33 / 18.02.2025
Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş – YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş – YENİLƏNİB/VİDEO
Hazırda oxunan: Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş – YENİLƏNİB/VİDEO
235297
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.