Türkiyədə antiterror əməliyyatı: PKK-nın 282 üzvü TUTULDU

Hazırda oxunan: Türkiyədə antiterror əməliyyatı: PKK-nın 282 üzvü TUTULDU

235281

Türkiyənin 51 əyalətində PKK terror qruplaşmasına qarşı beş gündür davam edən “GÜRZ-46” antiterror əməliyyatı nəticəsində 282 şübhəli saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

Onun sözlərinə görə, həmin şəxslər terror təşkilatını maliyyələşdirməkdə, terror təşkilatına üzv toplamaqda köməklik göstərərək ortaq fəaliyyətlə məşğul olmaqda, təşkilatı dəstəkləyən qadağan olunmuş nəşrləri təqdim etməkdə ittiham olunurlar.

Həbs olunanlar eyni zamanda qanunsuz hərəkətlər zamanı zorakılıq xarakterli küçə hadisələrinə qatılmaqda, sosial media hesabları vasitəsilə terror təşkilatı təbliğatı aparmaqda da şübhəli biliniblər.

Nazir bildirib ki, əməliyyatlar nəticəsində onların yaşadıqları yerlərdən iki ədəd “AK 47” avtomat, səkkiz ədəd lisenziyasız ov tüfəngi, beş ədəd lisenziyasız tapança, üç ədəd boş tapança və çoxlu sayda rəqəmsal materiallar aşkar edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin