Kanadanın Toronto şəhərində "Delta Airlines"a məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 18-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi yazıb.
Mənbə qeyd edir ki, qəza zamanı ölən olmayıb.
Xatırladaq ki, Minneapolisdən Torontoya uçan Endeavour Air təyyarəsi güclü külək səbəbindən eniş zamanı aşıb.
Hadisə zamanı küləyin sürəti saatda 40 mil (demək olar ki, 65 km/saat) olub.
Hadisənin səbəbi hələlik rəsmi olaraq müəyyən edilməyib; Təyyarənin göyərtəsində 80 nəfər olub: 76 sərnişin və 4 ekipaj üzvü. AP-nin istinad etdiyi son məlumatlara görə, 19 nəfər yaralanıb, onlardan ikisi ağır vəziyyətdə helikopterlə yaxınlıqdakı travma mərkəzinə aparılıb.
Hadisənin anbaan görüntülərini təqdim edirik:
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/18/1739854247_5305310700178108111.jpg)
- A-
- A
- A+
Dünya
08:48 / 18.02.2025
Torontodakı dəhşətli təyyarə qəzasının ANBAAN VİDEOSU - FOTO
Hazırda oxunan: Torontodakı dəhşətli təyyarə qəzasının ANBAAN VİDEOSU - FOTO
Hazırda oxunan: Torontodakı dəhşətli təyyarə qəzasının ANBAAN VİDEOSU - FOTO
235260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.