ABŞ hərbi qüvvələri ötən həftəsonu Suriyada “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən birini məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Bu həftə sonu ABŞ qüvvələri Əl-Qaidənin Suriyadakı qoluna dəqiq hava zərbəsi endirib. Terrorçu lider bütün regionda Əl-Qaidə ilə işləyirdi”, - Tramp "Truth Social"da yazıb.
Amerika prezidenti uğurlu əməliyyat münasibətilə ABŞ Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurillanı və hərbi pilotları təbrik edib.
Bizim.Media