Qazaxıstanda mədən çökdü, 7 nəfər dağıntılar altında qaldı

Hazırda oxunan: Qazaxıstanda mədən çökdü, 7 nəfər dağıntılar altında qaldı

235240

Qazaxıstanda mədəndə çökmə baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Kazinform məlumat yayıb.

Bildirilib ki, Ulytau şəhərinin Janaarkinski rayonunda Jomart mədənində süxur kütləsinin çökməsi baş verib. Hadisə nəticəsində 7 işçi dağıntılar altında qalıb.

Mədənin sahibi olan “Kazakhmys” şirkəti aydınlaşdırıb ki, çökmə nəticəsində işçilərlə əlaqə kəsilib.

Hazırda xilasetmə işlərinə 21 xilasedici və 7 texnikanın cəlb olunduğu məlum olub. Hadisə yerinə 3 həkim briqadası da gedib. Ulytau səlahiyyətliləri hələlik itkilər barədə məlumat verilmədiyini bildiriblər.

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin