“Müharibə davam etdiyi bir zamanda Ukraynada Avropa qoşunları olmayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts jurnalistlərə açıqlamasında deyib.
“Mənə aydındır ki, hətta sülh dövründə də diqqət güclü Ukrayna ordusuna yönəldilməlidir. Bu, Avropa, ABŞ və beynəlxalq müttəfiqlər üçün böyük problem olacaq. İndi isə aydındır: müharibə davam edərkən, Ukraynada Avropa qoşunlarının yerləşdirilməsindən söhbət gedə bilməz.
Daha sonra təhlükəsizlik arxitekturasına dair müzakirə edilməli olan məsələlər isə vaxtı gələndə müzakirə olunacaq”, - Şolts bildirib.
Qeyd edək ki, bu gün xarici mətbuatda Avropa ölkələrinin Ukrayna ərazisinə 25-30 min hərbçi yerləşdirmək təklifini nəzərdən keçirdiyinə dair məlumatlar yayılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:45 / 17.02.2025
Şolts: “Müharibə dövründəUkraynada Avropa qoşunları olmayacaq”
Hazırda oxunan: Şolts: “Müharibə dövründəUkraynada Avropa qoşunları olmayacaq”
Hazırda oxunan: Şolts: “Müharibə dövründəUkraynada Avropa qoşunları olmayacaq”
235228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.