Dubai Parks and Resorts” əyləncə parkının əməkdaşları 14 gün ərzindəxa0 Birləşmiş Ərəb Əmirliklərinin 3 şəhərində pulsuz dondurma paylayacaqlar.xa0
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki, parklarda dondurma paylayacaq furqon iyulun 31-də Dubayda hərəkətə başlayıb. Dubaylılar avqustun 6-dək pulsuz dondurmaya qonaq ola biləcək.xa0 Avqustun 7-də dondurma bayramı Əbu-Dabi şəhərində davam edəcək. Burada avqustun 13-dək dondurma paylanacaq. Əl-Əyn sakinləri isə 10-11 avqust tarixlərində pulsuz dondurma yeyə biləcək.
P.S. Azərbaycanda da belə tədbirlər keçirməyə pul çatdırmaq olmaz...
Sultan Laçın



































































































