Zelenski: “Ukrayna danışıqlarda iştirak etməsə, heç bir qərarı qəbul etməyəcəyik” - FOTO

Hazırda oxunan: Zelenski: “Ukrayna danışıqlarda iştirak etməsə, heç bir qərarı qəbul etməyəcəyik” - FOTO

235047

“Ukrayna danışıqlarda iştirak etməsə, nə mən, nə də Ukrayna xalqı ABŞ və Rusiyanın heç bir qərarını qəbul etməyəcəyik”.

Bizim.Media xəbər verir ki, bunu NBC News-a müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, Vaşinqton Moskva ilə iqtisadi münasibətləri saxlaya bilər, lakin bunun heç bir şəkildə müharibənin dayandırılması üzrə danışıqlara dəxli yoxdur.

O, qeyd edib ki, danışıqlar masasına dörd tərəf əyləşməlidir: Ukrayna, Rusiya, ABŞ və Avropa.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin