“Hər bir terror qruplaşmasının, hər zorakılıq aktının, sabitliyi pozan hər bir fəaliyyətin, bu regionu vətəni adlandıran milyonlarla insanın sülh və sabitliyi təhdid edən hər şeyin arxasında İran dayanır.
Bizim.Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İsrailin baş naziri Benyamin Netanyahu ilə Qüdsdə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran regionda qeyri-sabitliyin yeganə mənbəyidir: “Heç vaxt İranın nüvə silahı ola bilməz. O Tehran zaman təzyiq və təsirdən qoruna bilər. Bu heç vaxt baş verə bilməz. Daim qeyd etmək vacibdir ki, biz HƏMAS və ya Hizbullahdan, ya İordan çayının qərb sahilindəki zorakılıqdan, Suriyadakı sabitliyin pozulmasından və ya İraqdakı milislərdən danışırıqsa, hamısının arxasında bir ümumi mövzu dayanır: İran”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:03 / 16.02.2025
ABŞ dövlət katibi: Sabitliyi təhdid edən hər şeyin arxasında İran dayanır
Hazırda oxunan: ABŞ dövlət katibi: Sabitliyi təhdid edən hər şeyin arxasında İran dayanır
Hazırda oxunan: ABŞ dövlət katibi: Sabitliyi təhdid edən hər şeyin arxasında İran dayanır
235042
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.