Avropa ölkələrinin dövlət və hökumət başçıları Münhen Təhlükəsizlik Konfransı başa çatdıqdan sonra Ukrayna üzrə fövqəladə sammit keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Qərb media orqanları məlumat yayıb.
Parisdə keçirilməsi planlaşdırılan qeyri-formal görüşdə məqsəd Avropanın Ukrayna üzrə vahid mövqeyinin formalaşdırılması olacaq. Bu ölkələrin dövlət və hökumət başçıları ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh danışıqlarında Avropanın iştirakını nəzərdə tutmamasından narahatdırlar.
Böyük Britaniya Baş naziri Kir Starmer sammitin əsas ideoloqudur.
Qeyd edilib ki, Kir Starmer həmin sammitin nəticələrini fevralın sonunda Vaşinqtonda Donald Trampla görüşdə müzakirə etməyi planlaşdırır. Növbəti mərhələdə isə Avropa liderləri və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə daha bir sammitin keçirilməsi gözlənilir.
Parisdə keçiriləcək sammitdə NATO Baş katibi Mark Rutte də iştirak etmək niyyətindədir. Mark Rutte deyib ki, əgər avropalılar iştirak hüquqlarının olmasını istəyirlərsə, Ukraynada sülh üçün yaxşı təkliflərlə çıxış etməlidirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:16 / 16.02.2025
Avropa liderləri Ukraynaya görə fövqəladə sammit keçirəcək
Hazırda oxunan: Avropa liderləri Ukraynaya görə fövqəladə sammit keçirəcək
Hazırda oxunan: Avropa liderləri Ukraynaya görə fövqəladə sammit keçirəcək
235030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.