Moskvada Navalnının xatirəsini yad edənlərin böyük növbəsi yaranıb - VİDEO

Hazırda oxunan: Moskvada Navalnının xatirəsini yad edənlərin böyük növbəsi yaranıb - VİDEO

235028

Siyasətçi Aleksey Navalnının vəfatının ildönümündə Moskvanın Borisovskoye qəbiristanlığı yaxınlığında onun xatirəsini yad etmək istəyənlərin böyük növbəsi yaranıb.

Bizim.Media SotaVision nəşrinə istinadən xəbər verir ki, toplaşanların dəqiq sayını təxmin etmək çətindir, lakin jurnalist Aleksandr Plyuşşovun dərc etdiyi kadrlarda əllərində gül-çiçək olan insanların cərgəsinin yüzlərlə metrə qədər uzandığı görünür.

Eyni zamanda, müxalif siyasətçinin məzarı önünə gələn insanları “E” Mərkəzinin əməkdaşları kameraya çəkirlər.

Navalnının valideynləri də qəbiristanlığa gəliblər. Müxalifət liderinin anası və atası məzara yaxınlaşanda ətrafdakılar alqışlarla “Sağ olun!” şüarları səsləndiriblər. Gələnlər arasında digər müxalif siyasətçi İlya Yaşinin valideynləri də var.

Böyük Britaniyanın Rusiyadakı səfiri Naycel Keysi və Avstraliyanın Rusiyadakı səfiri Con Qirinq Aleksey Navalnının xatirəsini yad etmək üçün Borisov qəbiristanlığına gəliblər.

Sirena xəbər verir ki, ABŞ və Aİ-nin Rusiyadakı səfirləri Lin Treysi və Roland Qalaraq da siyasətçinin məzarı üzərinə gül dəstələri qoyublar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin