Misirdən Kalininqrada uçan və rusiyalı turistləri daşıyan təyyarə Polşanın Poznan şəhərinə təcili eniş edib. Təyyarənin içərisində qalan sərnişinlər yeməksiz, susuz qalıb. Polyaklar təyyarəyə yanacaq verməkdən imtina ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə MASH Telegram kanalı yazıb.
Abunəçilərdən biri bununla bağlı fotoşəkil göndərib. Deyib ki, 10 saatdan çoxdur ki, uçuşa icazə gözləyirlər:
“Yemək, su qurtarıb, tualetə belə getməyə qoymurlar. İçəridə hamilə qadınlar və uşaqlar da daxil olmaqla 236 sərnişin var”.
Xatırladaq ki, AlMasria Hava Yollarına məxsus UJ681 reysi Şarm əl-Şeyxdən Kalininqrada uçurdu. Güclü qar yağdığından gecə Xrabrovo hava limanına enə bilməyib. Ekipaj Polşada təcili eniş tələb edib. İndi polyaklar yanacaq doldurmaqdan imtina edirlər və uçuşa icazə vermirlər.
Bu arada Şarm əl-Şeyxə gedən turistlər Kalininqrad hava limanında 10 saatdan artıqdır ki, öz uçuşlarını gözləyirlər.
Son anda verilən məlumata görə, polyaklar təyyarəni Moskva vaxtı ilə saat 11:55-də buraxıblar və o, artıq Kalininqrada doğru havaya qalxıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:51 / 16.02.2025
Rusiyaya uçan təyyarə Polşada təcili eniş etdi - FOTO/VİDEO
Hazırda oxunan: Rusiyaya uçan təyyarə Polşada təcili eniş etdi - FOTO/VİDEO
Hazırda oxunan: Rusiyaya uçan təyyarə Polşada təcili eniş etdi - FOTO/VİDEO
235012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.