Fidan: “Bu ölkələrdən gələn terrorçular Suriyada gizlənir”

Hazırda oxunan: Fidan: “Bu ölkələrdən gələn terrorçular Suriyada gizlənir”

234975

Türkiyə, İran və İraqdan gələn terrorçular Suriyanın şimalında İŞİD-ə qarşı mübarizə adı altında gizlənirlər.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Almaniyada Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dəməşq üçün yeni şəfəq: Suriyada keçid prosesinin perspektivləri” mövzulu paneldə çıxışı zamanı deyib.

O, Suriyanın gələcəyi ilə optimist olmaq lazım olduğunu vurğulayıb: “On illərdir ölkədə davam edən sabitsizlik, nəhayət aradan qalxdı. Region ölkələri Suriya ilə bağlı həmfikirdirlər. Biz qonşu ölkələrə qarşı təhdid görmək istəmirik. Terrorçuluğun inkişafını istəmirik. Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasını istəyirik”.

Nazir söyləyib ki, digər ölkələr kimi, Suriyada da yalnız bir qanuni silahlı qüvvələr olmalıdır:

“Silahlı qruplar vahid ordu kimi birləşməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin