Rubio Lavrova ZƏNG ETDİ: Putin və Tramp görüşünə hazırlıq razılaşdırıldı

Hazırda oxunan: Rubio Lavrova ZƏNG ETDİ: Putin və Tramp görüşünə hazırlıq razılaşdırıldı

234953

Vaşinqtonun təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Lavrov və ABŞ dövlət katibi Rubio Rusiya-Amerika münasibətlərindəki problemlərin həlli üçün rabitə kanalının saxlanması barədə razılığa gəliblər.

Tərəflər Rusiya Federasiyası ilə ABŞ arasında qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası dialoqun bərpası üçün birgə işləməyə hazır olduqlarını təsdiqləyiblər. Həmçinin müntəzəm təmaslar, o cümlədən Putin və Tramp arasında görüşə hazırlıq barədə razılığa gəlinib.

Telefon danışığı zamanı tərəflər Ukrayna, eləcə də Fələstin ətrafında münaqişənin həlli üçün əməkdaşlığa sadiq olduqlarını açıqlayıblar. Rusiya Federasiyası və ABŞ xarici nümayəndəliklərin işinə maneələrin aradan qaldırılması üçün yaxın vaxtlarda ekspertlərin görüşü təşkil edəcək.

Lavrov və ABŞ-ın dövlət katibi Rubio Rusiyanın ABŞ-dakı diplomatik missiyalarının iş şəraitinin ən qısa zamanda sərtləşdirilməsi xəttinə son qoymaq vəzifələrini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin