Kelloq: “İkinci Dünya Müharibəsi kontekstində qələbə haqqında düşünürsünüzsə, bu olmayacaq”

Hazırda oxunan: Kelloq: “İkinci Dünya Müharibəsi kontekstində qələbə haqqında düşünürsünüzsə, bu olmayacaq”

234946

“Sülh müqaviləsinin imzalanması ilə İkinci Dünya Müharibəsi kontekstində qələbə haqqında düşünsək, çox güman ki, bu baş verməyəcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Münxen Təhlükəsizlik Konfransında bildirib.

“Gəlin səmimi olaq. Ukrayna cəsarətlə döyüşdü. Əvvəlcə axan qanı dayandırmaq, sonra müalicə etmək lazımdır. Plan nə olursa olsun, onu diqqətlə düşünmək lazımdır.

İkinci Dünya Müharibəsindəki kimi qələbə haqqında düşünsəniz, yəqin ki, baş tutmayacaq”, - Trampın xüsusi nümayəndəsi Münxendə keçirilən panel müzakirəsində bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin