Zelenski: “Rusiya Belarus üzərindən NATO-ya hücuma hazırlaşır” – VİDEO

Hazırda oxunan: Zelenski: “Rusiya Belarus üzərindən NATO-ya hücuma hazırlaşır” – VİDEO

234890

“Bizdə dəqiq kəşfiyyat məlumatlarıvar ki, Rusiya bu yay hərbi təlimlər bəhanəsi ilə Belarusa qoşun yeritməyi planlaşdırır”.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamaı deyib.

Onun sözlərinə görə, bu vəziyyət Rusiyanın üç il əvvəl Ukraynaya genişmiqyaslı işğalından əvvəl qoşun yeritməsi ilə eynidir.

“Belarusdakı həmin Rusiya qüvvələri Ukraynaya hücum edəcəklərmi? Bəlkə hə, bəlkə də yox. Bəlkə elə o qoşunlar elə sizin üçündür? Bunu xatırladaq ki, Belarus NATO-nun üç ölkəsi ilə həmsərhəddir. Məlumdur ki, Belarus faktiki olaraq Rusiya hərbi əməliyyatları üçün bir tramplin oldu”, - deyə Zelenski qeyd edib.

Zelenski bildirib ki, bu yay Rusiya Belarusa NATO ölkələrinə hücum edə biləcək 150 min rus əsgəri göndəriləcək.



Bizim. Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin