2022-ci ilədək Maksim Qorki adına kinostudiya Raisa Gorbaçova haqqında sənədli film çəkməyi planlaşdırır. Ekran əsəri onun 90 illik yubileyinə təsadüf edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.
"SSRİ-nin birinci xanımı canlı, səmimi və insanlara doğma şəkildə tamaşaçı qarşısına çıxacaq. İlk dəfə şəxsi arxivləri ictimaiyyətə açıqlanacaq. Ağıllı, şık, təhsilli, lakin həssas və sevgi dolu bir qadının portretini görəcəyik”. Kinostudiyanın sənədli filmlər departamentinin kreativ prodüseri Anastasiya Rıçina belə deyib.
Onun sözlərinə görə, bu Raisa Maksimovnaya həsr olunmuş ilk böyük sənədli layihədir.
Qorbaçovanın şəxsi yazıları filmdə yayımlanacaq, Mixail Qorbaçov, qızı İrina Virqanskaya, bacısı Lyudmila Titarenko da çıxış edəcək.
Raisa Qorbaçova SSRİ-nin ilk prezidenti Mixail Qorbaçovun həyat yoldaşıdır. 1999-cu ildə kəskin leykoz xəstəliyindən vəfat edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:20 / 04.06.2021
Rusiyada SSRİ-nin birinci xanımı haqqında film çəkiləcək - FOTO
Hazırda oxunan: Rusiyada SSRİ-nin birinci xanımı haqqında film çəkiləcək - FOTO
Hazırda oxunan: Rusiyada SSRİ-nin birinci xanımı haqqında film çəkiləcək - FOTO
23459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.