HƏMAS razılaşdı: İsrailli girovlar azad ediləcək

Hazırda oxunan: HƏMAS razılaşdı: İsrailli girovlar azad ediləcək

234547

HƏMAS hərəkatı İsrail ilə Qəzza zolağında atəşkəs rejimi haqqında razılaşmaların saxlanılması və girovların azad edilməsi üzrə razılaşmanın bərpası barədə misirli vasitəçilərlə razılıq əldə edib.

Bizim.Media "The Jerusalem Post" qəzetinə istinadla xəbər verir ki, HƏMAS və İsrail arasında razılaşma humanitar yardım və yanacaq qarşılığında ilkin razılıqdakı kimi qalacaq.
 

Bildirilir ki, Qəzzaya tədarüklər cümə axşamı (bu gün) həyata keçirilməlidir, bundan sonra HƏMAS şənbə günü azad ediləcək üç girovun adını açıqlayacaq.


Xatırladaq ki, fevralın 10-da HƏMAS Qəzza zolağında saxlanılan israilli girovların yeni qrupunun azad edilməsi prosesini təxirə salmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin