Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən kəskinləşib.
Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Xidmətdən deyiblər ki, dünən gecə Tacikistan tərəfi sərhədin Çon-Alay rayonunun (Oş vilayəti) Unju-Bulak ərazisində bir konteyner quraşdırmağa başlayıb. Qırğızıstan sərhədçiləri Tacikistan vətəndaşlarının Qırğızıstan ərazisinə 1 kilometr dərinliyə girdiyini söyləyib.
“Tacikistan tərəfdən hərbi personalın avtomobillərlə və yüngül zirehli texnika ilə toplandığına diqqət yetiririk”, deyə qurumdan bildiriblər.
Mənbə vurğulayır ki, hazırda sərhəddə vəziyyət gərgindir. Qırğızıstan ordusu xidmətin gücləndirilmiş versiyasına keçib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:04 / 04.06.2021
Qırğızıstan-Tacikistan sərhədində vəziyyət kəskinləşdi
Hazırda oxunan: Qırğızıstan-Tacikistan sərhədində vəziyyət kəskinləşdi
Hazırda oxunan: Qırğızıstan-Tacikistan sərhədində vəziyyət kəskinləşdi
23453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.