Zelenski Trampla danışığının təfərrüatlarını AÇIQLADI

Hazırda oxunan: Zelenski Trampla danışığının təfərrüatlarını AÇIQLADI

234489

Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə telefonla danışıb.

Bizim.Media xəbər verir ki, Zelenski Trampla söhbətin təfərrüatlarını açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Putindən sonra Zelenskiyə ZƏNG ETDİ


“Uzun söhbətimiz baş tutdu. Sülhün əldə edilməsinin mümkünlüyü haqqında danışdıq. Komanda səviyyəsində birlikdə işləmək istəyimiz haqqında müzakirələr apardıq. Texnoloji imkanlarımız, xüsusən də dronlar və digər müasir sənayelər haqqında danışdıq. Mən prezident Trampa bizim birlikdə nə edə biləcəyimizlə maraqlandığına görə minnətdaram”, - deyə Ukrayna prezidenti sosial şəbəkə hesabında yazıb.

Zelenski qeyd edib ki, Tramp ona Putinlə söhbətinin təfərrüatları barədə məlumat verib.

O, həmçinin vurğulayıb ki, Ukrayna tərəfi də sülh tərəfdarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin