NATO-nun baş katibi Mark Rütte ilk dəfə olaraq Ukraynanın alyansa üzv olacağını iddia etməyib.
Bizim.Media xəbər verir ki, Rütte bu barədə keçirdiyi brifinqdə jurnalistlərin NATO-nun Ukraynanın üzvlüklə bağlı mövqeyi ilə bağlı suallarını cavablandırarkən deyib.
“Birincisi, biz əmin olmalıyıq ki, Ukrayna münaqişənin gələcəyi ilə bağlı danışıqlar başlayanda mümkün olan ən yaxşı vəziyyətdədir.
İkincisi, bu danışıqların və sülh müqaviləsinin nəticəsinin güclü, konkret olacağı və Rusiyanın heç vaxt Ukrayna ərazilərinin 1 kv. km-nə belə hücum etməyə çalışmayacağına zəmanət verilməlidir.
Daha sonra biz hamımız birlikdə bunu necə edəcəyimizi düşünə bilərik”, - deyə Baş katib deyib.
Bundan əlavə, Rütte qeyd edib ki, NATO ölkələri ötən il Ukraynaya hərbi yardımla bağlı öhdəliklərini aşaraq Kiyevə vəd edilən 40 milyard avro əvəzinə 50 milyard avro ayırıblar.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/12/1739377449_1.jpg)
- A-
- A
- A+
Dünya
20:22 / 12.02.2025
Baş katib ilk dəfə Kiyevin NATO-ya üzv olmasını İDDİA ETMƏDİ
Hazırda oxunan: Baş katib ilk dəfə Kiyevin NATO-ya üzv olmasını İDDİA ETMƏDİ
Hazırda oxunan: Baş katib ilk dəfə Kiyevin NATO-ya üzv olmasını İDDİA ETMƏDİ
234475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.