Əfqanıstanda terror hücumu olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Euro News” məlumat yayıb.
Bildirilib ki, bu gün Əfqanıstanın şimal-şərqində yerləşən Qunduz əyalətində “Kabul Bank” müştərilərini hədəfə alan terror hücumu həyata keçirilib.
Məlumata görə, yerli vaxtla 08:25-də törədilən partlayışda 5 mülki şəxs ölüb, “Taliban”ın təhlükəsizlik qüvvələri də daxil olmaqla, daha 7 nəfər yaralanıb.
Qeyd olunub ki, hələlik hücuma görə məsuliyyəti heç bir şəxs və ya qruplaşma öz üzərinə götürməyib.
Bizim.Media