Pentaqon: “ABŞ Ukraynaya hərbi personal göndərməyəcək”

Hazırda oxunan: Pentaqon: “ABŞ Ukraynaya hərbi personal göndərməyəcək”

234299

“ABŞ Ukraynaya hərbi personal göndərməyi planlaşdırmır”. 

Bizim.Media xəbər verir ki, bunu Pentaqonun rəhbəri Pit Heqset deyib.

ABŞ müdafiə nazirinin sözlərinə görə, Amerika lideri Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin tezliklə sülh yolu ilə həllinə ümid edir.
 

O qeyd edib ki, Ukraynadakı vəziyyət nizamlandıqdan sonra ABŞ öz qüvvələrinin dünyada yerləşdirilməsinin yenidən qiymətləndirilməsini başa çatdıracaq.


Qeyd edək ki, Heqset daha əvvəl açıqlamalarında bildirib ki, ABŞ İsrailin təhlükəsizliyini təmin etməlidir. O, həmçinin qeyd edib ki, Vaşinqton Ukrayna münaqişəsinin həlli ilə məşğuldur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin