ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffu gətirən Gulfstream təyyarəsi Moskvaya eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Mənbə qeyd edir ki, Uitkoffun Rusiyaya gəlişi ilə bağlı mövzuya Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov münasibət bildirib.
Onun sözlərinə görə, Trampın Yaxın xüsusi nümayəndəsinin Rusiyaya “gəlməsi” barədə Kremlin məlumatı yoxdur.
Son anda əldə edilən informasiyaya görə, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi Rusiya Xarici İşlər Nazirliyinin binasına gəlib.
Xatırladaq ki, fevralın 9-da Tramp Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdığını bildirib. Kremlin mətbuat katibi Dmitri Peskov bunu təsdiq və ya təkzib etməyib, lakin əvvəllər Trampın komandasının Ağ Evə gəlişi ilə Moskva-Vaşinqton arasında müxtəlif kommunikasiyalar yarandığını bildirib.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/11/1739271201_5285536919855425634.jpg)
- A-
- A
- A+
Dünya
15:00 / 11.02.2025
Trampın xüsusi nümayəndəsi Moskvaya gəlib?
Hazırda oxunan: Trampın xüsusi nümayəndəsi Moskvaya gəlib?
Hazırda oxunan: Trampın xüsusi nümayəndəsi Moskvaya gəlib?
234237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.