ABŞ-ın Arizona ştatının Marisopa vilayətində “Bombardier Learjet” təyyarəsi Skottsdeyl hava limanına endikdən sonra enmə zolağından çıxaraq şəxsi ərazidə park edilmiş “Gulfstream 2100” biznes təyyarəsinə çırpılıb.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.
Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, hadisə yerli vaxtla günorta saatlarında baş verib. Bir nəfərin sıxılmış təyyarədə köməksiz vəziyyətdə qaldığı deyilir. Yerli yanğınsöndürmə idarəsi, polis və təcili yardım heyəti hadisə yerindədir və xilasetmə işləri aparılır.
FAA hadisənin başvermə səbəblərini araşdıracağını bildirib.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/11/1739247599_173924165510414842_1200x630.jpeg)
- A-
- A
- A+
Dünya
08:18 / 11.02.2025
Hava limanında 2 təyyarə toqquşdu - ÖLƏN VAR - VİDEO
Hazırda oxunan: Hava limanında 2 təyyarə toqquşdu - ÖLƏN VAR - VİDEO
Hazırda oxunan: Hava limanında 2 təyyarə toqquşdu - ÖLƏN VAR - VİDEO
234167
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.