DİQQƏT: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb - FOTO

Hazırda oxunan: DİQQƏT: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb - FOTO

234124

“Google Chrome” brauzerində kritik boşluq (CVE-2025-0445) aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
 

Məlumata əsasən, boşluq V8 mühərrikində yaddaşın azad edilməsindən sonra istifadəsi (Use After Free-UAF) səbəbindən yaranır. Nəticədə kiberdələduzlar xüsusi hazırlanmış HTML səhifələri vasitəsilə bu boşluğu uzaqdan istismar edə bilərlər.


Problemlə əlaqədar istifadəçilərə və inzibatçılara “Chrome” brauzerini 133.0.6943.53 və ya daha yeni versiyaya yeniləmək tövsiyə olunur.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin