"ABŞ administrasiyasının Qəzza ilə bağlı gündəmə gətirdiyi təkliflərin bizim baxımımızdan müzakirə ediləcək heç bir tərəfi yoxdur".
Bizim.Media “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
“Sionist rejiminin təzyiqi ilə yeni ABŞ administrasiyasının Qəzza ilə bağlı gündəmə gətirdiyi təkliflərin bizim baxımımızdan müzakirə ediləcək heç bir tərəfi yoxdur. Bunların hamısı Qəzzada suyu bulandırmaq cəhdləridir”, – Ərdoğan söyləyib.
“Heç kimin Qəzza xalqını min illərdir mövcud olan əbədi vətənlərindən çıxarmağa gücü çatmaz. Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüds, eləcə də Fələstin fələstinlilərindir”, - deyə Türkiyə Prezidenti əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini təklif edib. Tramp Qəzzanın artıq xarabalığa çevrildiyini, orada salamat bina qalmadığını və gələcəkdə İsrailin bu ərazini yenidən bombalamayacağına dair təminat olmadığını bildirib.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2025/02/10/1739162107_11.jpg)
- A-
- A
- A+
Dünya
08:33 / 10.02.2025
Ərdoğandan Trampa CAVAB: “Fələstinliləri Qəzzadan çıxarmağa heç kimin gücü çatmaz”
Hazırda oxunan: Ərdoğandan Trampa CAVAB: “Fələstinliləri Qəzzadan çıxarmağa heç kimin gücü çatmaz”
Hazırda oxunan: Ərdoğandan Trampa CAVAB: “Fələstinliləri Qəzzadan çıxarmağa heç kimin gücü çatmaz”
234012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.