Bu ölkədə prezident və parlament seçkisi keçirilir

Hazırda oxunan: Bu ölkədə prezident və parlament seçkisi keçirilir

233973

Ekvadorda prezident və parlament seçkisi keçirilir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, ali dövlət vəzifəsinə 16 namizəd, o cümlədən hazırkı Prezident Daniel Noboa var.

Onun əsas rəqibi, solçu "Vətəndaş İnqilabı" hərəkatının namizədi və keçmiş Prezident Rafael Korreanın (2007-2017) hökumətində müxtəlif vəzifələrdə çalışmış Luiza Qonsalesdir.

"Ipsos" sosioloji araşdırma mərkəzi tərəfindən açıqlanan ictimai rəy sorğusunun nəticələrinə görə, Noboa üçün 45,5%, Qonsales üçün isə 31,3% seçici səs verməyə hazırdır.
 

Qalibiyyət üçün mütləq səs çoxluğu və ya ən azı 40% səs toplamaq lazımdır, lakin ən yaxın rəqibdən ən azı 10 faiz bəndi fərqi olmalıdır. Əgər 9 fevral tarixində heç bir namizəd lazımi dəstəyi əldə edə bilməsə, 13 apreldə ölkədə ikinci tur seçki keçiriləcək.


Ekvador vətəndaşları bu gün həmçinin birpalatalı parlamentin 151 deputatını seçməli olacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin