Türkiyə ordusu daha 15 terrorçunu MƏHV ETDİ

Hazırda oxunan: Türkiyə ordusu daha 15 terrorçunu MƏHV ETDİ

233956

Hava əməliyyatları nəticəsində İraqın şimalında 11 PKK terrorçusu, Suriyanın şimalındakı “Barış pınarı” bölgəsində sülh və təhlükəsizlik mühitini pozmaq üçün atəş açan 4 PKK/YPG terrorçusu Türkiyə ordusu tərəfindən zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

“Biz güclüyük, qərarlıyıq. 29 yanvar - 7 fevral 2025-ci il tarixləri arasında İraqın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində 7-si Qara bölgəsində, 4-ü Hakurk bölgəsində olmaqla ümumilikdə 11 PKK terrorçusunun zərərsizləşdirildiyi müəyyən edilib. Türk Silahlı Qüvvələrimiz əziz vətənimiz naminə terror təşkilatlarına qarşı qabaqlayıcı və dağıdıcı tədbirləri davam etdirir”, - açıqlamada qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin