Ərdoğan fevralın 23-dək bu nazirlərlə bağlı son qərarını verəcək

Hazırda oxunan: Ərdoğan fevralın 23-dək bu nazirlərlə bağlı son qərarını verəcək

233950

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fevralın 23-də keçirilməsi planlaşdırılan qurultayı ərəfəsində hökumətdə dəyişikliklə bağlı qərar verə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Duvar" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, vitse-prezident, maliyyə, xarici işlər, müdafiə, səhiyyə, ətraf mühit və şəhərsalma nazirləri vəzifələrində qalacaqlar.

Mədəniyyət və turizm, kənd və meşə təsərrüfatı, maliyyə və xəzinədarlıq nazirliklərinin ayrılması məsələsi də müzakirə olunur. Bildirilir ki, bu nazirliklər müxtəlif sahələrə cavabdeh olduqları üçün həddindən artıq yüklənir. Hesab olunur ki, bu sahələrin bəzilərini ayrıca nazirlik kimi ayırmaq olar. Hələlik rəhbərliyin bu məsələlərlə bağlı dəqiq planları barədə məlumat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin