Avtobus yük maşını ilə toqquşdu, 30 nəfər öldü - VİDEO

Hazırda oxunan: Avtobus yük maşını ilə toqquşdu, 30 nəfər öldü - VİDEO

233903

Meksikanın cənubunda Eskarseqa şəhəri yaxınlığında avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 30 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli XEVT radiostansiyası məlumat yayıb.

Məlumata görə, sərnişin avtobusu Kankundan (Kintana Roo ştatı) Komalkalkoya (Tabasko ştatı) gedirmiş. İlkin məlumata görə, yük maşını qarşıdan gələn zolağa çıxıb və toqquşma nəticəsində avtomobillər yanıb.

Radiostansiya Milli Qvardiyaya istinadən xəbər verir ki, avtobusda 39 sərnişin olub. Yalnız səkkiz nəfərin sağ qaldığı bildirilir.

Tabasko qubernatoru Xavyer Mey qəzanı təsdiqləyib və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin