“Ferrari” ilk elektrik avtomobilini İSTEHSAL EDƏCƏK

Hazırda oxunan: “Ferrari” ilk elektrik avtomobilini İSTEHSAL EDƏCƏK

233892

İtaliyanın lüks idman avtomobilləri istehsalçısı olan “Ferrari” ilk elektrik avtomobilinin buraxılış tarixini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Nəşr yazır ki, elektromobil cari ilin oktyabr ayında təqdim olunacaq. Ümumilikdə, İtaliya şirkəti 2025-ci ildə altı yeni model nümayiş etdirəcək.

“Ferrari” əvvəllər elektrik avtomobilləri istehsal etməyib, lakin 2024-cü ilin payızında 1200 at gücünə malik F80 hibrid superkarını nümayiş etdirib.

Hibrid superkarı saatda 100 kilometr sürəti cəmi iki saniyəyə yığa bilir. Yeni istehsal ediləcək elektromobil isə altı saniyədən az vaxt ərzində saatda 200 kilometr sürət yığacaq, maksimal sürəti isə saatda 350 kilometr olacaq.

Qeyd edək ki, “Ferrari”nin əsas rəqibi olan İtaliyanın “Lamborghini” şirkəti keçən ilin sonlarında ilk elektrik avtomobilini yalnız 2029-cu ildə təqdim etməyi planlaşdırdığını açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin