“Qərb ölkələrinin Rusiyaya aramsız ittihamları fonunda Ukrayna Müdafiə Nazirliyi və ABŞ Silahlı Qüvvələri Avropa bölgəsindəki NATO ölkələrinin iştirakı ilə Qara dənizdə “Sea Breeze” təlimləri keçirməyi planlaşdırır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenko səsləndirib.
Onun sözlərinə görə, təlimin əsas iştirakçıları Ukrayna, ABŞ, Kanada, Böyük Britaniya, Niderland, Rumıniya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Latviya və tərəfdaş ölkələrdir:
“Bu təlimdə 4 minə yaxın hərbi qulluqçu, 40 döyüş gəmisi, qayıq və köməkçi gəmi, 30 ədəd aviasiya və 100-dən çox avtomobil və zirehli texnika iştirak edəcək. Xüsusilə qeyd etmək istərdim ki, təlimin ssenarisinə görə, koalisiya qüvvələri Ukrayna üçün bəzi "qanunsuz" "silahlı birləşmələrin" fəaliyyətlərindən qaynaqlanan "böhran vəziyyətinin sabitləşdirilməsində" iştirak edəcəklər. Rusiya Müdafiə Nazirliyi NATO ölkələrinin iştirakı ilə keçiriləcək bu təlimin hazırlanmasının və keçirilməsinin gedişatını yaxından izləyəcək və lazım gələrsə, ölkəmizin təhlükəsizliyi baxımından vəziyyətə adekvat cavab verəcək”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:40 / 03.06.2021
Rusiya Ukrayna və ABŞ-ı HƏDƏLƏDİ - VİDEO
Hazırda oxunan: Rusiya Ukrayna və ABŞ-ı HƏDƏLƏDİ - VİDEO
Hazırda oxunan: Rusiya Ukrayna və ABŞ-ı HƏDƏLƏDİ - VİDEO
23387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.