Türkiyədə polis naziri tanımadı – VİDEO

Hazırda oxunan: Türkiyədə polis naziri tanımadı – VİDEO

233833

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu yol açılışı mərasimində iştirak etmək üçün Elazığa səfər edib. Amma polis əməkdaşları naziri tanımayıb.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, yol açılışına gedən nazirin polis əməkdaşı ilə maraqlı dialoqu olub.

Belə ki, nazir Elazığ-Harput yolunun açılışına gedərkən avtomobilini özü idarə edib. Yolda polis əməkdaşlarından biri avtomobili saxlayıb. Uraloğlu avtomobilə yaxınlaşan və onu tanımayan jandarmaya təbəssümlə “Mən nəqliyyat naziriyəm. İcazənizlə yolun açılışını edəcəyik”, - deyib.
 

Jandarma isə cavabında naziri salamlayaraq yola salıb.


Bu anın görüntülərini isə türkiyəli nazirin avtomobilində olan şəxslər lentə alıb. Sosial şəbəkələrdə yayılan bu video izləyicilərin marağına səbəb olub.

Həmin görüntüləri təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin