ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Trampın sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsi hüquqi əsas olmadan ABŞ və onun bəzi müttəfiqləri, o cümlədən İsrailə qarşı ilkin istintaqa başlayıb.
ABŞ prezidenti deyib ki, məhkəmə həmçinin İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qalantın "səlahiyyətlərindən sui-istifadə edərək" həbsinə "əsassız" order verib.
BCM ABŞ və İsrail üzərində yurisdiksiyasına malik deyil, çünki heç bir ölkə Roma Nizamnaməsinə və ya BCM-nin üzvü deyil. Tramp bildirib ki, məhkəmənin İsrail və ABŞ-a qarşı hərəkətləri “təhlükəli presedent” yaradıb və aktiv hərbi personalı riskə atıb, ABŞ-ın suverenliyini təhdid edir, ABŞ hökuməti və onun müttəfiqlərinin fəaliyyətinə xələl gətirir.
ABŞ-ın sanksiyalarına, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin məsul şəxslərinin əmlakının və aktivlərinin dondurulması, habelə məhkəmənin məmurları, işçiləri və agentləri və onların yaxın ailə üzvlərinin ABŞ-a girişinə qadağa daxildir. Tramp izah edib ki, bu şəxslərin ABŞ-a daxil olması ölkənin maraqlarına zərər verə bilər.
Bizim.Media